• cümə, 19 Aprel, 12:05
  • Baku Bakı 25°C

Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslər tutulub

19.12.17 10:40 1773
Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslər tutulub
Bakı Şəhər Baş Polis İdarəsivə Yasamal Rayon Polis İdarəsiəməkdaşlarınınbirgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, dekabr 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin "Mercedes” markalı avtomobilinə müştəri kimi əyləşərəkD.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər. Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim ediliblər.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun maşınını əlindən aldıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin edilib.
Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər