• cümə, 19 Aprel, 17:00
  • Baku Bakı 25°C

Bakıda taekvondo üzrə dünya birinciliyi başlayıb

24.07.14 09:52 1195
Bakıda taekvondo üzrə dünya birinciliyi başlayıb
Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək mundialda Azərbaycan 18 idmançı ilə təmsil olunur.
Komandamızın baş məşqçisi Səbuhi Zülfüqarov yarışda Məhəmməd Əlizadə (33 kq), Xəyyam Qasımov (37 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq), Ruslan Babayev (49 kq), Qasım Aslanov (53 kq), Nicat Musayev (57 kq), İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq), Orxan Tağızadə (+65 kq), Minayə Əkbərova (29 kq), Sevda Pirseyidova (33 kq), Nərgiz Mirzəyeva (37 kq), Diana Hacıəliyeva (41 kq), Aytən Süleymanova (44 kq), Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq) və Rafaella Hüseynovaya (55 kq) şans verəcək.
Qeyd edək ki, dünya birinciliyində 65-ə yaxın ölkədən 600-dək taekvondoçu gücünü sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışın rəsmi açılış mərasimi isə bu gün saat 19:00-da olacaq.
banner

Oxşar Xəbərlər