• şənbə, 20 Aprel, 07:57
  • Baku Bakı 14°C

Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

08.01.18 13:30 635
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
Havaşəraitinin dəyişəcəyi barədə xəbərdarlıq olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədəkhavaşəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 11-i səhərədəkhavaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
banner

Oxşar Xəbərlər