• çərşənbə axşamı, 23 aprel, 21:06
  • Baku Bakı 20°C

Bakıda şok olay: iynə vurulan pasiyent dünyasını dəyişib

05.12.13 13:41 1360
Bakıda şok olay: iynə vurulan pasiyent dünyasını dəyişib
Bu gün Bakıda özəl stomtoloji kabinetdə pasiyentin ölümü baş verib. 47 yaşlı Elcin Məmmədov Bakıda yerləşən "Vipdental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.
Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o, dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.
Xəstəninin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.
A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı da bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.
banner

Oxşar Xəbərlər