• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub

16.12.17 16:15 3020
Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub
Bakıda avtomobillərdən silsilə oğurluqlar edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.

Belə ki, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov vəAğdamrayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 "Topaz” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd "playstation” kompyuteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
banner

Oxşar Xəbərlər