• cümə axşamı, 18 aprel, 06:36
  • Baku Bakı 12°C

Bakıda sərxoş usta ev sahibini öldürdü

23.01.17 18:28 1300
Bakıda sərxoş usta ev sahibini öldürdü
Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Lent.azxəbər verir ki, usta kimi ev təmiri ilə məşğul olan 44 yaşlı Eldar Babayev ev sahibi, 42 yaşlı Vüqar Qasımovu qətlə yetirərkən sərxoş vəziyyətdə olub.

Bildirilir ki, bir müddət əvvəl V.Qasımov N.Əliyev 30 ünvanındakı mənzilini təmir etdirmək üçün ustalarla razılaşıb. Yanvarın 21-də o, mənzilə baş çəkib və ustalarla birgə nahar edib. Nahar zamanı ev sahibi ustalarla spirtli içki qəbul edib. Bir müddət sonra isə V.Qasımovla E.Babayev arasında münaqişə yaranıb. Münaqişə ustanın işi ilə bağlı olub və bu zaman o, ev sahibinə bıçaqla zərbə endirib. Digər otaqdan gələn ustalar V.Qasımova kömək etməyə çalışsalar da, artıq gec olub.
banner

Oxşar Xəbərlər