• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Bakıda sərxoş halda avtomobil idarə edən sürücülər saxlanılıb

31.03.19 11:50 661
Bakıda sərxoş halda avtomobil idarə edən sürücülər saxlanılıb
Martın 29-da paytaxtda ictimai təhlükəsizliyin da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə mərkəzi küçə və prospektlərlə yanaşı Sabunçu, Xəzər və Pirallahı rayonlarında da profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.
Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.
Piyada keçidlərindən istifadə etməyən şəxslərə izah edilib ki, yol polisinin əsas məqsədi insanları inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərini aşılamaqdan ibarətdir. Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib. Tədbir zamanı Bakı şəhərinin mərkəzi küçələrində sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd edək ki, sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

banner

Oxşar Xəbərlər