• cümə axşamı, 25 aprel, 21:02
  • Baku Bakı 21°C

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

20.09.13 10:32 1366
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakıda Bayıl ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Trend xəbər verir ki, Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu olan 120 saylı irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılıb. Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.
Səbail rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, ilkin məlumata görə, yol qəzası zamanı bir nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəza nəticəsində avtobus aşıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yol qəzası zamanı 2 nəfər ölüb, xəsarət alanlardan 4 nəfəri isə xəstəxanaya yerləşdirilib. Onların xəsarət dərəcələri ağır və orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər