• şənbə, 20 Aprel, 06:03
  • Baku Bakı 14°C

Bakıda sərnişin avtobusu qəza törətdi, ölənlər var

14.05.13 08:12 2345
Bakıda sərnişin avtobusu qəza törətdi, ölənlər var
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bu gün saat 04 radələrində 22 yaşlı Ruslan Yusifovun idarə etdiyi “MAN” markalı sərnişin avtobusu Neftçilər prospekti 103 ünvanında 29 yaşlı Elşən Əhmədovun sükanı arxasında olduğu “Toyota Prado” markalı avtomobillə toqquşub.
Nəticədə Elşən Əhmədov və 28 yaşlı sərnişini Samirə Niftəliyeva dünyasını dəyişib, Ruslan Yusifov isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər