• şənbə, 27 Aprel, 01:11
  • Baku Bakı 14°C

Bakıda sərnişin avtobusu piyadanı vurub

15.04.21 10:15 543
Bakıda sərnişin avtobusu piyadanı vurub
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APAxəbər verir ki, hadisə "Sərhədçi” İdman Kompleksinin qabağında baş verib.
Belə ki, 1954-cü il təvəllüdlü Elxanova Reyman Şəmməd qızını yolu keçərkən 81 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı avtobus vurub. Piyada sol qol və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər