• cümə axşamı, 25 aprel, 08:43
  • Baku Bakı 14°C

Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 17 nəfər xəsarət alıb

12.07.18 09:55 735
Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 17 nəfər xəsarət alıb
Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 17nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Ümumilikdə xəstəxanalara xəsarət alan 17 nəfər müraciət edib. Xəsarət alanlardan 8nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların vəziyyəti stabildir.
banner

Oxşar Xəbərlər