• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

Bakıda şagirdin özünü məktəb pəncərəsindən ataraq ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

06.04.19 19:00 533
Bakıda şagirdin özünü məktəb pəncərəsindən ataraq ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
162 nömrəli tam orta məktəb şagirdin özünü məktəb pəncərəsindən ataraq dünyasını dəyişməsi ilə bağlı hadisəyə münasibət bildirib.
Təhsil müəssisəsindən Trend-ə verilən məlumatda bildirilir ki, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Məlumatda qeyd edilir ki. eyni zamanda, məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir:
"Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb.
Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır".
banner

Oxşar Xəbərlər