• cümə axşamı, 28 mart, 16:42
  • Baku Bakı 16°C

Bakıda Rusiya vətəndaşını zorlayan şəxs həbs edilib

17.05.13 17:44 1585
Bakıda Rusiya vətəndaşını zorlayan şəxs həbs edilib
Rusiya Federasiyasının vətəndaşı İrina Bazaronun 11 may 2013-cü il tarixdə gecə saat 05:00 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb.
Milli.Az-ın məlumatına görə, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House" daşınmaz əmlak firmasının rəhbəri M.Məcidov mayın 10-da İ.Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M.Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 05:00 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tədbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-bioloji, məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla M.Məcidovun təqsiri sübuta yetirilərək onun əməli Cinayət Məcəlləsinin 149.1 və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələrinə tövsif edilib və ona həmin maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər