• şənbə, 27 Aprel, 06:35
  • Baku Bakı 12°C

Bakıda “Rusiya vertolyotları” servis mərkəzinin açılmasına dair müqavilə sentyabrda imzalanacaq

10.08.16 14:03 676
Bakıda “Rusiya vertolyotları” servis mərkəzinin açılmasına dair müqavilə sentyabrda imzalanacaq
"Rusiya vertolyotları” şirkətinin servis mərkəzinin Azərbaycanda açılması ilə bağlı müqavilənin bu ilin sentyabr ayının sonunda ADEX-2016 sərgisi çərçivəsində imzalanması gözlənilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Rusiya vertolyotları” holdinqinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, şirkət Mi-8/17 tiplimülki helikopterlərə xidmət edəcək. Gələcəkdə isə hərbi helikopterlərə xidmət göstərilməsi nəzərdə tutulur: "Hazırda xarici tərəfdaşlarla sözügedən layihənin forma və quruluşu barədə danışılar aparılır. ADEX-2016 sərgisi çərçivəsində müvafiq razılaşmanın imzalanacağı gözlənilir”.
banner

Oxşar Xəbərlər