• şənbə, 20 Aprel, 02:06
  • Baku Bakı 15°C

Bakıda “Riedel” brendinin lüks qədəhlərinin təqdimat mərasimi keçirilib

27.01.14 13:02 1080
Bakıda “Riedel” brendinin lüks qədəhlərinin təqdimat mərasimi keçirilib
Yanvarın 22-də Bakıda “Velluto” restoranında ölkənin nüfuzlu “Kaspian Kristall” şirkətinin təşkilatçılığı ilə dünyada tanınmış somelye Aleksandr Zorinin iştirakı ilə çoxəsrlik “Riedel” brendinin lüks qədəhlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Aleksandr Zorin həmin qədəhlərdə müxtəlif növ şərab çeşidlərinin dequstasiyasını nümayiş etdirib.
Yüksək səviyyədə təşkil olunmuş bu tədbirdə xarici dövlətlərin Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları, tanınmış xarici şirkətlərin və mətbuatın nümayəndələri qonaq olublar. Qeyd edək ki, “Kaspian Kristall” MMC Azərbaycanda xidmət sahəsində aparıcı şirkətlərdən biridir. 2006-cı ildə bazara daxil olan «Kaspian Kristall» qısa bir zamanda Avropa standartlarına uyğun xidmətlər təklif edən bir şirkət kimi şöhrət qazanıb. Məlumat üçün bildirək ki, şirkət 2007-ci ilin noyabr ayında unikal bir layihənin həyata keçirilməsinə başlayıb. Bu, dünyanın müxtəlif yerlərindən gətirilmiş eksklüziv şərablar və tünd alkoqollu içkilər butiki «Wine City» olub. Ən yüksək reytinqə malik Avropa və Amerika istehsalçıları ilə əməkdaşlıq edən «Wine City» kolleksiya şərablarının, zəif konyakların və armanyakların, kalvados və xereslərin, portveynlərin və viskilərin elit seçimini edib. Eyni zamanda, «Kaspian Kristall» şirkəti Azərbaycanda dünyanın bir çox yerindən gətirilmiş eksklüziv şərablar, alkoqollu və alkoqolsuz içkilər təklif edən ilk butikin yaradıcısıdır.
Birincilik ənənəsinə sadiq qalaraq, Azərbaycanda ilk dəfə «Wine City»-də 18000 butulkanın saxlanması üçün nəzərdə tutulmuş şərab zirzəmisi yaradılıb. «Kaspian Kristall» şirkəti Avropanın ən qabaqcıl istehsalçıları ilə əməkdaşlıq edir. Bu gün «Kaspian Kristall» yüksək keyfiyyətli ərzaq malları və Avropanın ən yaxşı şərab evlərindən gətirilmiş şərablar deməkdir.
Kamran

banner

Oxşar Xəbərlər