AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda restoranda polisin qanını tökdülər

Bakıda restoranda polisin qanını tökdülər

Kriminal
08 Fevral 2013, 11:04 1233
Bakı şəhərinin Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsində yerləşən “Dost qapısı” restoranının qarşısında Əliyev İlqar Qəhrəman oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. İ.Əliyev xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bıçaqlanmış şəxs polis serjantıdır. Onun hansı səbəbdən hücuma məruz qalması məlum deyil. İlkin məlumata görə, İ.Əliyevi Elşən adlı şəxs bıçaqlayıb.

Hazırda qanlı olayı törədən şəxsin yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.