• cümə axşamı, 18 aprel, 11:05
  • Baku Bakı 12°C

Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI

30.09.14 15:53 1304
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI
İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərindən Trend-ə daxil olan birgə məlumatda deyilir ki, oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.
Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək.
Qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar:
Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;
Səbail rayonu
- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı;
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;
Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti;
Binəqədi rayonu
- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə üzbəüz;
- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);
- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə;
Nizami rayonu
- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında;
Xətai rayonu
- Nobel prospekti, "Nargilə" kafesinin yanı;
- M.Hadi küçəsi, Ukrayna dairəsində;
- Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının yaxınlığında;
Sabunçu rayonu
- Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı;
- Sabunçu qəsəbəsi, Şəhər Şossesi, “ABU” yanacaq doldurma məntəqəsinin yanı;
Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;
- Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi
Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu);
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı);
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3.
banner

Oxşar Xəbərlər