• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

Bakıda quldurluq edən Şabran sakinləri saxlanılıb

03.02.19 10:45 556
Bakıda quldurluq edən Şabran sakinləri saxlanılıb
Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən açılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Şöbəyə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan "LG” markalı mobil telefonu alıblar.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinyəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Quldurluq törətməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.

banner

Oxşar Xəbərlər