• şənbə, 20 Aprel, 18:50
  • Baku Bakı 24°C

Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə 20 il cəza verildi

03.10.19 14:07 698
Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə 20 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əhmədov 20 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu il aprelin 17-də Xəzər rayonu Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
banner

Oxşar Xəbərlər