• şənbə, 20 Aprel, 07:59
  • Baku Bakı 14°C

Bakıda qeyri-adi işıqforlar quraşdırılacaq

25.12.13 11:52 1261
Bakıda qeyri-adi işıqforlar quraşdırılacaq
Paytaxtda quraşdırılacaq işıqforların sayı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar artırılacaq. Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
N.Həsənov qeyd edib ki, Bakıda quraşdırılması planlaşdırılan yeni işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.
«Hazırda Bakının Üzeyir Hacıbəyov və Aleksandr Puşkin küçələrinin kəsişməsində quraşdırılan və LED (Light Emitting Diode – işıq saçan diod) sistemi ilə təchiz edilən işıqforların sayını artırmağı planlaşdırırıq. Bundan başqa, yeni rəqəmli işıqforların da quraşdırılması nəzərdə tutulub», - deyə N. Həsənov qeyd edib.
Qeyd edək ki, LED sistemli işıqforların üstünlüyü ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır. Bunun sayəsində sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edə bilirlər.
banner

Oxşar Xəbərlər