• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi...

26.11.18 11:50 519
Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi...
Bakıda qayın yeznəsini bıçaqlayıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qayını, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.
Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
B.Yaqubov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər