• cümə, 19 Aprel, 11:16
  • Baku Bakı 13°C

Bakıda qatarın vurduğu gəncin hər iki ayağı amputasiya edildi

25.05.13 08:08 1495
Bakıda qatarın vurduğu gəncin hər iki ayağı amputasiya edildi
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.
Şəhərlərarası elektrik qatarı yolu keçən Lənkəran rayon sakini 1992-ci il təvəllüdlü İmran Lalayevi vurub. İ. Lalayev ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, İ. Lalayevin hər iki ayağı amputasiya edilib.
Hazırda vəziyyəti ağırdır.
banner

Oxşar Xəbərlər