• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Bakıda qarla bağlı böyük tıxac yaranıb

12.12.13 12:05 1136
Bakıda qarla bağlı böyük tıxac yaranıb
Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, tıxac Bakıya yağan qarla bağlı meydana gəlib. Tıxacın paytaxtın Hüseyn Cavid prospekti, Bakıxanov küçəsindən Səməd Vurğun küçəsi istiqamətində, Həsən Əliyev küçəsi, Tbilisi prospekti, Cavadxan küçəsində metronun Memar Əcəmi stansiyası istiqamətinə, İnşaatçılar prospektindən “Statistika dairəsi” istiqamətinə, Əbdürrəhim Bəy Haqverdiyev küçəsindən “Olimp” mağazası istiqamətində, Badamdar qəsəbəsindən şəhər istiqamətinə yarandığı bildirilib.
banner

Oxşar Xəbərlər