• çərşənbə axşamı, 16 aprel, 19:38
  • Baku Bakı 18°C

Bakıda Qara Dəniz ölkələrinin biznes forumu keçirilir

21.06.13 08:57 1560
Bakıda Qara Dəniz ölkələrinin biznes forumu keçirilir
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda keçiriləcək İllik Toplantısı münasibətilə bu gün Bakıda QDTİB, Azərbaycan hökuməti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və regional biznes assosiasiyalarının iştirakı ilə biznes forum işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iqtisadi diversifikasiya üzrə strateji siyasətlə bağlı müzakirələrin aparılacağı forumda Azərbaycan dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi diversifikasiyaya yanaşma prinsipləri təqdim olunacaq və dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılacaq.
Forumun ikinci hissəsində biznesin inkişafı mövzusunda iclaslar təşkil olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən biznes məsələlərindən əlavə Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları ətrafında müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər