AZE | RUS | ENG |

Bakıda “Qaqaş” ləqəbli narkotacir tutulub

Bakıda “Qaqaş” ləqəbli narkotacir tutulub
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
       
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini "Qaqaş” ləqəbli Rəşad Səfərov tutulub.
 
Onun üzərində hal şahidlərinin iştirakı ilə axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi "Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb. R. Səfərov istintaqa ifadəsində narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu etiraf edib.  
        
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000