Bakıda qanlı toy: 20 nəfər bir adamı döydü

Bakıda qanlı toy: 20 nəfər bir adamı döydü

Kriminal
22 Aprel 2013, 08:30 1477
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, “Bakı” şadlıq sarayında keçirilən toy məclisində qonaqlar arasında mübahisə yaranıb. Sonradan toyda dava-dalaş düşüb. Dava edənlər şadlıq sarayından həyətə çıxıblar. Orada davaya 20-yə yaxın adam qoşulub. Onlar bir nəfəri yerə yıxaraq təpikləyiblər. Savaşanları sakitləşdirmək üçün toydan çıxan qadınlar da davanı yatıra bilməyiblər.

Huşsuz vəziyyətdə olan şəxsi təpikləyərək yaxınlıqdakı ağaclığa aparıblar. Sonra yenidən həmin şəxsi möhkəm döyməkdə davam ediblər. Döyən şəxslər “VAZ-21014”ə minərək qaçıblar.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, dava barədə növbətçi hissəyə məlumat daxil olmayıb.