• cümə, 19 Aprel, 07:42
  • Baku Bakı 13°C

Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu davam edir

24.05.19 13:08 478
Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu davam edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-də Bakıda işə başlayan Qafqazşünasların II Beynəlxalq Forumu davam edir.
AZƏRTACxəbər verir ki, mayın 24-də forum işini 12 bölmə iclasında işini davam etdirir. İclaslarda "Qafqaz regionunda ictimai-siyasi proseslər”, "Qafqazda münaqişələr və terror”, "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, "Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, "Qafqazda geosiyasi şərait”, "Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılır.
Xatırladaq ki, forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus, Şimali Makedoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 220-dən çox alim və tədqiqatçı iştirak edir.
banner

Oxşar Xəbərlər