• cümə, 19 Aprel, 21:09
  • Baku Bakı 24°C

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir - Fotolar

17.04.17 12:20 793
Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir - Fotolar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir.
APA-nın xəbərinə görə, forumun açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət və marağında olan həssas bir regiondur. O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dünyaya çatdırılmasında alimlərin böyük rolu ola bilər: "Biz Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirməklə perspektiv məsələlərə dair müzakirələr aparmağı lazım bilmişik. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin geniş forumu ümumi işə töhfə verəcək. Forumun zəngin proqramı var. Forumda böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsi, ermənilərin törətdikləri soyqırımıları barədə müzakirələr aparılacaq".
Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadi Matişov deyib ki, tarixdə baş verən heç bir soyqırımı unutmaq olmaz.
O, forum çərçivəsində Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzi arasında elmi əməkdaşlığa dair memorandum imzalanacağını söyləyib.
Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri, professor Refik Turana, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişova, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveliyə və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurova təqdim edib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim, tədqiqatçı iştirak edir. Forumda Qafqaz ölkələrinin daxili ictimai-siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, soyqırımlar, xüsusənXocalısoyqırımı və başqa problemlərə həsr edilmiş 163 məruzə 20 bölmə iclasında müzakirə ediləcək.






banner

Oxşar Xəbərlər