• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

Bakıda prodüserin evini yardılar

30.09.13 13:41 1243
Bakıda prodüserin evini yardılar
APA-nın əməkdaşı, APA TV-nin baş produseri Ülkər Qasımovanın evi qarət edilib. Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib.
Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.
Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.
Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər