AZE | RUS | ENG |

Bakıda prezidentlərin iştirakı ilə Beynəlxalq Kitab Sammiti keçiriləcək

Bakıda prezidentlərin iştirakı ilə Beynəlxalq Kitab Sammiti keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində, martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Beynəlxalq Kitab Sammiti ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə 1-ci Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammitin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015)  kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil olunub. 
 
Builki Beynəlxalq Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq. Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, NGBM-in həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mavriki Respublikasının prezidenti Əminə Qurib-Fakim, Makedoniya Respublikasının prezidenti Giorgi İvanov, Xorvatiyanın sabiq prezidenti İvo Josipovic, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent, ABŞ Konqresinin Kitabxanasında Afrika və Yaxış Şərq məsələləri üzrə şöbə müdiri Mari Jane Deb, İnternet Arxivinin təsisçisi Brevster Kahle, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcək.
 
Qeyd edək ki, 7-ci Beynəlxalq Kitab Sammiti martın 18-də saat 9.00-da "Fairmont Baku” otelində başlayacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176