• cümə, 19 Aprel, 19:56
  • Baku Bakı 24°C

Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfrans keçirilib

18.12.17 13:05 1372
Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfrans keçirilib
Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransda komitə sədriMübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, elm işçiləri, dini qurum təmsilçiləri, dindarlar iştirak ediblər.
M. Qurbanlı bu ilin ölkə prezidentiİlham Əliyevtərəfindən İslam həmrəyliyi ili elan olunduğunu xatırladaraq il ərzində görülən işlərdən danışıb. O qeyd edib ki, ayın sonunda QMİ ilə birgə böyük bir konfrans keçiriləcək və bununla da İslam həmrəyliyi ilinə yekun vurulacaq. Komitə sədri Azərbaycanda dini tolerantlıqdan, dinlərarası münasibətlərin inkişafından və buna dövlət dəstəyindən danışıb.
Siyavuş Novruzovisə ölkədə dünyəvi dinlərə verilən dəyərdən bəhs edib. O qeyd edib ki, Azərbaycan düzgün olaraq İslamı "Qurani-Kərim"də təqdim olunduğu kimi təbliğ etmək yolunu seçib: "Dövlət tərəfindən dini qurumlara istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı iştirak edir. Dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dini ayinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan bütün icmalar fəaliyyət göstərir”.
Millət vəkili onu da deyib ki, Azərbaycanın əraziləri işğala məruz qalanda çox sayda islam dövləti ölkəmizə dəstək olub: "Əgər o vaxt işğala qarşı çıxış edilsəydi, məscidlərin, islam ənənələrinin dağıdılmasına qarşı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı. Bu məsələyə vaxtında qiymət vermək lazım idi”.
Simnar Həsənov isə çıxışında Azərbaycanda tolerantlığın hətta Avropadan da güclü olduğunudeyib, buna misallar göstərib.
Tədbir dini qurum nümayəndələrinin çıxışları ilə davam edib.
banner

Oxşar Xəbərlər