• çərşənbə, 24 Aprel, 09:35
  • Baku Bakı 13°C

Bakıda polislər qəzaya düşüb, xəsarət alanlar var

06.06.13 13:52 1613
Bakıda polislər qəzaya düşüb, xəsarət alanlar var
Bakıda polis əməkdaşları qəzaya düşüb. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Nardaran qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-21011” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarıdır. Onlardan ikisinin - polis nəfəri Tural Məmmədov və polis leytenantı Nəriman Nərimanovun xəsarətləri ağır olduğundan hər ikisi Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər