• cümə, 26 Aprel, 01:01
  • Baku Bakı 16°C

Bakıda “polis” tutuldu

25.11.13 11:51 1269
Bakıda “polis” tutuldu
Bakıda polis əməkdaşı saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən öz adına olan 1 ədəd Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd “Kenwood” markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər