• cümə, 19 Aprel, 13:11
  • Baku Bakı 25°C

Bakıda pilotsuz sualtı vasitələr sınaqdan keçiriləcək

02.12.13 12:53 1185
Bakıda pilotsuz sualtı vasitələr sınaqdan keçiriləcək
Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Ankarada ötən həftə keçirilmiş 6-cı Dəniz Sistemləri Seminarı çərçivəsində APA-ya danışan nazirlik nümayəndələrinin sözlərinə görə, hazırda tərəflər arasında müzakirə olunan layihələr sırasında Azərbaycan gəmilərinə HAVELSAN istehsalı olan GENESİS adlı döyüş idarəetmə sistemlərinin inteqrasiyası, Azərbaycanda türk firmalarının iştirakı ilə hərbi təyinatlı üzmə vasitələrinin istehsalı, gəmilər üçün radar və müşahidə sistemlərinin çatdırılması və s. var.
Bununla yanaşı, Türkiyə şirkətlərindən biri Azərbaycanın sifarişi üzrə yaxın vaxtlarda Bakıda özünün insansız sualtı vasitələrinin təqdimatını və testlərini keçirəcək.
banner

Oxşar Xəbərlər