Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

Kriminal
05 Noyabr 2019, 21:32 950
Bakıda mobil telefon aksesuarları mağazası qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Şəifzadə küçəsi ev 134, mənzil 67-də müvəqqəti yaşayan Pakistan vətəndaşı, 1987-ci il təvəllüdlü Zaheer Mühəmməd Yasir oğlu polisə müaciət edərək bildirib ki, naməlum şəxslər A.M.Şərifzadə küçəsi 142 ünvanında mobil telefon mağazasına daxil olaraq oradan mobil aksessuarlar götürüblər.
Faktla bağlı araşdırma aparılır.