• şənbə, 20 Aprel, 17:03
  • Baku Bakı 23°C

Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin iclası start götürür

18.03.19 09:07 360
Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin iclası start götürür
Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub.
Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.
Qeyd edək ki, dünən, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl, Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası keçirilib.
banner

Oxşar Xəbərlər