AZE | RUS | ENG |

Bakıda on mininci qolun müəllifi mükafatlandırıldı

Bakıda on mininci qolun müəllifi mükafatlandırıldı
Futbol üzrə Azərbaycan çempionatları tarixində 10000-ci qolun müəllifi olmuş “Bakı”nın kapitanı Elvin Məmmədov mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, Məmmədova Peşəkar Futbol Liqası (PFL) tərəfindən xüsusi mükafat verilib. Rekordçu Azərbaycan futbolu tarixinə düşməsini özü üçün qürurverici hal adlandırıb. O, əlamətdar göstəricini qeydə alan PFL-ə minnətdarlıq edib. Məmmədov PFL prezidenti tərəfindən ünvanlanan “Seçim qarşısında qalsaydın hansı qolu vurardın: komandan üçün ən vacibini, yoxsa rekordu?” sualına isə “Komandam üçün ən vacibini” cavabını verib. Qeyd edək ki, Elvin Məmmədov 2012-ci il noyabrın 25-də “Neftçi” ilə görüşün 60-cı dəqiqəsində hesabı açıb və bu, 10000-ci qol kimi tarixə düşüb. Amma matç “Bakı”nın məğlubiyyəti ilə nəticələnib – 1:2.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311