Bakıda növbəti beynəlxalq və ən geniş ekoloji aksiya keçirilib - Fotolar
Ölkənin bir sıra nüfuzlu
şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək
bütün dünyada qeyd olunan Beynəlxalq
Sahilyanı Təmizlik Günü
çərçivəsində Bilgəh kəndiçimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Bakı
– 28 sentyabr 2016-cı il. Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-də
Beynəlxalq Sahilyanı Təmizlik Gününü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində
su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı
könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin
sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji
aksiyada artıq 7 ildir iştirak edir.
Builki
aksiya miqyası və tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha geniş
olub. Belə ki, bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib. Tədbirin
təşkilatçıları qismində "Coca-Cola” şirkəti, "PAŞA Bank”, "Bakcell" mobil rabitə
operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN"
təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və "Let’s Do It Azerbaijan”
proqramı (letsdoitworld.org) çıxış edib. Aksiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və
"Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib.
"Artıq yeddi il ardıcıl olaraq "Coca-Cola” şirkəti
Azərbaycanda "Coastal Cleanup” aksiyasını təşkil edir. Bizim üçün cəmiyyətin
ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi
vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı ərazilərini zibil və
tullantılardan təmizləmək üçün biz çoxlu sayda insan cəlb etməyə calışdıq ki,
onlar da böyük maraq və məmnuniyyətlə aksiyaya qoşuldular. Yağmurlu və küləkli
hava şəraitinə baxmayaraq, "Coca-Cola” şirkəti öz dostları, onların ailələri ilə
və könüllülərlə birgə aksiya çərçivəsində sahilyanı ərazini 5 tona yaxın
tullantıdan təmizləyə bilib. Sözügedən tədbir artıq bayrama çevrilib və onun
sayəsində təbiət təmizlənir. Ümid edirik ki, gələcəkdə analoji aksiyaların
keçirilməsinə ehtiyac qalmayacaq, belə ki, çimərliklər təmiz olaraq qorunub
saxlanacaq”, - deyə "Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə
kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.
"Artıq bir neçə ildir ki, "Bakcell şirkəti böyük həvəslə
Sahilyanı Təmizlik aksiyasında iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət
olaraq "Bakcell” bu hərəkata qoşulan ilk mobil rabitə operatoru kimi ölkədə
ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz
töhfəsini vermiş olur. Bu illər ərzində biz gənclər arasında tədbirə marağın
artdığını müşahidə edirik. Hər il daha çox gənc könüllü bizə qoşulur. İstəyirik
ki, bütün sosial və ekoloji sahələrdə könüllülük etmək istəyən insanların sayı
artsın. Eyni zamanda, insanlar ərtaf mühitə daha diqqətlə yanaşsın, onu təmiz
saxlamağa çalışsın. "Bakcell” şirkəti böyük məmnuniyyətlə gələcəkdə də analoji
aksiyalarda iştirak edəcək", - deyə "Bakcell” şirkətinin Korporativ
kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
"Ötən il ASAN könüllüləri tərəfindən irəli sürülmüş
"Yaşıl ASAN” təşəbbüsü çərçivəsində təşkil olunan Novxanı sahilyanı təmizlik
aksiyasında ilk olaraq 300 nəfər ASAN könüllüsü iştirak edib. Lakin builki
aksiyada biz ötən ildəkindən fərqli olaraq təşkilatçılar sırasında olduq və
350-dən çox könüllümüzlə Bilgəh kəndisahilyanı ərazisini məişət tullantılarından təmizlədik.
Bu aksiya ilə "ASAN School” könüllülük məktəbinin "Yaşıl ASAN” təşəbbüsü olaraq
bütün cəmiyyətə "Ətrafımızı təmiz saxlayaq” mesajı verdik. Düşünürəm ki,
aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm sosial mesaj verdilər, həm
də sosial məsuliyyətini dərk etmiş oldular. Ekoloji təmizlik də ətrafımızdan
başlayır, təbiəti qorumaq üçün ilk növbədə ətrafımızı təmiz saxlamalıyıq. Ona
görə, hər kəsi təbiəti qorumağa səsləyirəm”, - deyə "ASAN School” könüllülük məktəbinin
rəhbəri Cahangir Hacıyev bildirib.
"Topla,
təmizlə, fərqi gör!” şüarı altında Bilgəh kəndiçimərliyində keçirilən aksiya çərçivəsində təxminən
5 tona yaxın tullantı yığılaraq Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik
mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin
iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun
yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə
yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən
nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik
üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.
Qeyd edək ki, Azərbaycanda son 7 il ərzində keçirilən
analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33
hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən
toplanan tullantılar qeydə alınaraq "Ocean Concervancy” beynəlxalq təşkilatına
göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi
haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Xatırladaq
ki, builki aksiyaya qoşulanlar sırasında "Green Baku" ekoloji gənclər birliyi, "BİR” tələbə-könüllü
proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti, "Youth Inc.” gənclərin
sahibkarlıq proqramı və "Hard Rock Cafe” yer alıb.
Daha ətraflı: https://www.facebook.com/CCDCocaColaAz/?fref=ts