• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

Bakıda “nurçu”lara qarşı əməliyyat: 41 nəfər tutulub

13.04.14 15:52 1780
Bakıda “nurçu”lara qarşı əməliyyat: 41 nəfər tutulub
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında ötən gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparılıb.
Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.
Hazırda isə Yasamal Rayon Polis İdarəsində 9 nəfər saxlanılır.
Polisdən bildirilib ki, həmin şəxslərin də izahatı alındıqdan sonra sərbəst buraxılacaqlar.
banner

Oxşar Xəbərlər