• çərşənbə axşamı, 23 aprel, 12:24
  • Baku Bakı 24°C

Bakıda NATO və Rusiya hərbi rəhbərlərinin görüşü keçiriləcək

08.01.18 09:00 664
Bakıda NATO və Rusiya hərbi rəhbərlərinin görüşü keçiriləcək
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "BuzzFeed" portalıadı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb.
Məlumata əsasən, görüşyanvar ayında Bakıda keçiriləcək.
"Bu, sabiq ABŞ prezidentiBarak Obamanın 2013-cü ildəNATOBSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov BakıdaNATOHərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.
banner

Oxşar Xəbərlər