• cümə axşamı, 18 aprel, 16:25
  • Baku Bakı 22°C

Bakıda NATO-nun təlim kursu keçirilir

24.10.16 20:10 977
Bakıda NATO-nun təlim kursu keçirilir
Azərbaycan Müdafiə NazirliyininNATOilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarındaNATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.
banner

Oxşar Xəbərlər