• cümə axşamı, 25 aprel, 16:15
  • Baku Bakı 23°C

Bakıda naməlum sürücünün “Mercedes”i yandı

04.10.13 07:24 1274
Bakıda naməlum sürücünün “Mercedes”i yandı
Bakının Sabunçu rayonu ərazisində, Ramana qәsәbәsindәn şәhәr istiqamәtindә hәrәkәt edәn 10 ZR 032 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmәni itirәrәk yoldan çıxaraq aşıb. APA-nın məlumatına görə, qəza nəticəsində avtomobildə yanğın baş verib. Yanğın hadisə yerinə cəlb olunmuş yanğınsöndürәnlәr tərəfindən söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmә Xidmәtinin xilasedicilәri hadisə baş vermiş ərazidə tәhlükәsizlik tәdbirlәri görüblәr.
Qeyd edək ki, qəzaya uğramış avtomobildə insan aşkarlanmayıb.
Sürücü namәlumdur.
banner

Oxşar Xəbərlər