• cümə, 19 Aprel, 08:22
  • Baku Bakı 13°C

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib - Fotolar

04.12.18 09:15 866
Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib - Fotolar
Dekabrın 1-də "Xəzər” Universitetinin Mərkəz Kampusunda Respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib. Azərbaycan Respublikası "Təhsil” Cəmiyyəti ilə Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləlri iştirak edib.

Azərbaycan Milli Televiziya və Radio Şirkətinin əməkdaşı İlkin Babanın aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib. Millət vəkili Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğur arzulayıb.

Professor, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər.

AR "Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, dos. Nuğay Əliyev seminara gələn qonaqlara və müəllimlərə təşəkkür edib. Bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət sözügedən seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir.

Sonra tədbir təlimçilərin çıxışları ilə davam etdirilib. Phd. Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), Günay Hüseynzadə (Azərbaycan), Chen Xiaozhen (Çin), Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil mütəxəssisi Fərid Süleymanov (Azərbaycan) və Azərbaycan Respublikası Təhsil İnstitutunun xarici əlaqələr şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət (Azərbaycan) müxtəlif mövzularda dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından bəhs ediblər.

Sonda bildirilib ki, seminara qatılanlar Azərbaycan müəlliminin nüfuzunun daha yüksəkdə olduğunu və müəllim adının müqəddəsliyinin bariz göstəricisi olduğunu iştirakları ilə real göstərmiş olduqlarından uğurlu inkişafa nail ola biləcəyik.

Seminarda Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri könüllü qismində təşkilatçılara dəstək verib.

banner

Oxşar Xəbərlər