• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

16.10.17 11:15 842
Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
Oktyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTACxəbər verir ki, beynəlxalq konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra konfrans iştirakçıları akademik Ziya Bünyadovun məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə güllər qoyublar.
Konfransda Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbirdə görkəmli akademikin zəngin elmi irsindən, həyat və fəaliyyətindən söz açılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında unudulmaz alim Ziya Bünyadovun Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən, respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edib.
Vurğulanıb ki, akademik Ziya Bünyadov zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.
Beynəlxalq konfrans işini oktyabrın 17-də yekunlaşdıracaq.
banner

Oxşar Xəbərlər