• cümə, 19 Aprel, 11:20
  • Baku Bakı 13°C

Bakıda minik avtomobillərində səyyar asan xidmətlər göstəriləcək

05.06.13 15:01 1516
Bakıda minik avtomobillərində səyyar asan xidmətlər göstəriləcək
Bakı şəhərində xüsusi təchiz edilmiş minik avtomobilləri vasitəsilə vətəndaşlara səyyar asan xidmətlərin göstərilməsini nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu xidməti reallaşdırmaq üçün qanunvericilikdə bəzi məsələlər həyata keçirilməlidir. İ. Kərimov qeyd edib ki, məsuliyyət, istirahət və xidmət haqqı məsələləri tezliklə müəyyən edildikdən sonra artıq Bakı şəhərində də xüsusi texniki vasitələrlə təchiz edilmiş avtomobillərlə vətəndaşlara xidmət göstəriləcək: “Bu xidmətlər əlavə xidmət haqqı ödənilməklə həyata keçiriləcək. Ancaq xüsusi kateqoriyadan olan insanlar - əlillər, hərəkət imkanı məhdud olan vətəndaşlar üçün bu xidmət tam pulsuz olacaq”.
banner

Oxşar Xəbərlər