• çərşənbə axşamı, 16 aprel, 20:26
  • Baku Bakı 18°C

Bakıda minik avtomobili maneəyə çırpılıb, sürücü xəsarət alıb

27.04.17 10:10 1353
Bakıda minik avtomobili maneəyə çırpılıb, sürücü xəsarət alıb
Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.
banner

Oxşar Xəbərlər