• cümə, 19 Aprel, 20:50
  • Baku Bakı 24°C

Bakıda mineral gübrələrə dair konfrans keçiriləcək

07.02.19 14:00 491
Bakıda mineral gübrələrə dair konfrans keçiriləcək
Martın 14-15-də Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriləcək.
AZƏRTACxəbər verir ki, müzakirə olunacaq mövzular sırasında "SOCAR karbamid” zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionunun gübrə istehsalçılarının ixracının əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və sair var.
Xəzər regionu və Orta Asiya ölkələrində mineral gübrələrin istehsalı üzrə bu ölkələrin daxili bazarlarının tələbatını məhsul buraxılışına görə üstələyən yeni vasitələrin işə salınması Qara dəniz limanlarında ixrac təkliflərinin həcmini artıracaq. Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır.
Sumqayıtda "SOCAR karbamid” zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcək. Tədbir çərçivəsində "SOCAR karbamid” zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək.
Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribütorları, nəqliyyat-logistika şirkətlərini bir araya gətirəcək.
banner

Oxşar Xəbərlər