• cümə, 19 Aprel, 08:40
  • Baku Bakı 13°C

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 nəfər yaralandı

29.07.19 09:15 10266
Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 nəfər yaralandı
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42-də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.
Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.
banner

Oxşar Xəbərlər