• cümə, 19 Aprel, 10:31
  • Baku Bakı 13°C

Bakıda məşhur kosmetika zavodunda yanğın söndürüldü - Yenilənib

19.09.17 18:15 2099
Bakıda məşhur kosmetika zavodunda yanğın söndürüldü - Yenilənib
"Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.

Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.

"Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko "Facebook" səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.

"Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq", - deyə Y. Sidorenko qeyd edib.

17:30


Bakı şəhərinin Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub. Əlavə məlumat veriləcək.

***

16:54

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Lent.aznazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlaması barədə məlumat daxil olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerinə gedib. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.


**
16:42

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən "Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər