Bakıda məşhur futbolçuların qanını tökmüş şəxs tutuldu

Bakıda məşhur futbolçuların qanını tökmüş şəxs tutuldu

Kriminal
12 Oktyabr 2012, 12:08 1094
Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, 22-ci Polis Bölməsinin əməkdaşları “Mamoniya” kafesi yaxınlığında “İnter”in qapıçısı Georgi Lomaya və müdafiəçisi Valeri Abramidzeni bıçaqlamış şəxsi müəyyən edib.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Rafiq Nəsirov olması müəyyənləşib və o, həbs edilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.